“Tottenhem” 61 milyon avro müqabilində Eriksenlə vidalaşa bilər
24 Avqust, 15:46   |    Baxış sayı: 77

“Tottenhem” 61 milyon avro müqabilində Eriksenlə vidalaşa bilər

İngiltərənin "Tottenhem” futbol klubu danimarkalı yarımmüdafiəçisi Kristian Erikseni 61 milyon avroya sata bilər. Bu barədə "Qazeta.ru” Böyük Britaniyanın "Daily Mail” nəşrinə istinadla bildirir.

Diasporpress.az xəbər verir ki, mənbənin məlumatına görə, komandanın baş məşqçisi Maurisio Poçettino və klubun prezidenti Deniel Levi 61 milyon avro həcmində vəsait təklif olunduğu halda 27 yaşlı oyunçunun satılması barədə razılığa gəliblər. "Transfermarkt” portalı futbolçunu 100 milyon avro məbləğində dəyərləndirir.

Həmçinin bildirilir ki, İspaniyanın "Real” və "Atletiko”, İtaliyanın "Yuventus” komandaları Erikseni almaq iddiasındadırlar.

Eriksen "Tottenhem”ə Hollandiyanın "Ayaks” komandasından 2013-cü ilin yayında 13,5 avro müqabilində ("Transfermarkt”ın məlumatına görə) keçib. Ötən mövsüm o, komandanın heyətində müxtəlif turnirlərdə keçirdiyi 51 oyunda 10 qol vurub və 17 məhsuldar ötürmə edib. Eriksen Çempionlar Liqasının "Tottenhem”in İngiltərənin "Liverpul” komandasına məğlub olduğu final matçında çıxış edib. Cari mövsümdə o, İngiltərə çempionatında keçirdiyi iki görüşdə məhsuldarlığı ilə yadda qalmayıb.

"Ayaks”ın tərkibində danimarkalı üç dəfə Niderland çempionu olub, Niderland Kuboku və Superkubokunun qalibi adını qazanıb. Eriksen Danimarka yığmasının heyətində 89 oyun keçirib, 27 qolun müəllifidir.
 
Diasporpress.az