Sahibkarlar İzmirdəki beynəlxalq sərgidə iştiraka dəvət olunurlar
16 İyul, 13:49   |    Baxış sayı: 134

Sahibkarlar İzmirdəki beynəlxalq sərgidə iştiraka dəvət olunurlar

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan Diasporpress.az-a bildirilib ki, sentyabrın 4-də Türkiyənin İzmir şəhərində 88-ci İzmir Beynəlxalq Sərgisi keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən şirkətlər və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərgi sentyabrın 7-dək davam edəcək.
 
Diasporpress.az