Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb
08 Sentyabr, 15:50   |    Baxış sayı: 46

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Diasporpress.az xəbər verir ki, hadisə rayonun Qarağac kəndində qeydə alınıb. Rayon sakini Səfər Səfərov fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb. Onun 3 övlad atası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Diasporpress.az