16 İyul, 16:08   |    Baxış sayı: 54

"Qarabağ" haitili futbolçu ilə yolları ayırdı

"Qarabağ" klubu haitili futbolçu Donald Geryeylə yolları ayırıb.

Diasporpress.az məlumatına görə, Gerrye klubla razılaşdırılmış vaxtdan sonra kluba qayıtmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yolları ayırmaq qərarı verilib.

klub futbolçuya komandaya göstərmiş xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.
 
Diasporpress.az