Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust, 13:25   |    Baxış sayı: 46

Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub

Qazaxıstanın paytaxtı Nur-Sultanda "Etnos günü” festivalı çərçivəsində Qafqaz xalqları mədəniyyəti günü keçirilib. Tədbirin əsas məqsədi paytaxtda yaşayan müxtəlif etnik qrupların yaradıcılığının inkişaf etdirilməsi, adət və ənənələrini tanıtmaqdır.

Diasporpress.az xəbər verir ki, Qazaxıstan Xalqlar Assambleyası tərəfindən hazırlanan festivalda Nur-Sultanda fəaliyyət göstərən Azərbaycan Xəzər etnik mədəniyyət mərkəzi xalqımıza aid adət-ənənələri təqdim edib. Soydaşlarımız tərəfindən izləyicilərə elimizin qədim toy adətləri, "xınayaxdı” və "elçilik” təqdim olunub. Bundan başqa tamaşaçılara milli musiqi aləti olan sazda xalq mahnıları ifa edilib.

Festivalda Çeçen-İnquş və Gürcüstanın sosial-mədəni mərkəziləri də milli rəqslərini və mədəniyyətlərini tamaşaçılara sərgiləyiblər.
 
Diasporpress.az