Gəncədə keçiriləcək
29 Avqust, 11:23   |    Baxış sayı: 74

Gəncədə keçiriləcək "Hackathon"a seçim başladı

"INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə baş tutacaq "Hackathon”a seçim turları başlayıb.

Diasporpress.az xəbər verir ki, seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 16-20 sentyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində keçiriləcək. 

Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində keçiriləcək "Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar. 

Qeydiyyat forumu: https://forms.gle/J3skrtpJHttPoSd27https://forms.gle/J3skrtpJHttPoSd27 
 
Diasporpress.az