Elmar Məmmədyarov:
27 May, 12:35   |    Baxış sayı: 114

Elmar Məmmədyarov: "Ermənistan təcavüzkarlıq və işğalçılıq siyasəti yürüdərək özü-özünü çıxılmaz vəziyyətə salıb"

"Azərbaycanda qonşu ölkənin yeni rəhbərliyinin sağlam düşünəcəyinə, onların Azərbaycanla münasibətləri həll etmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ilə özü-özünü saldığı çıxılmaz vəziyyətdən çıxışın olmadığını dərk edəcəyinə dair müəyyən ümidlər var".

DiasporPress.Az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

"Öz tərəfimizdən Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olması üçün müəyyən fasilə vermişdik. Bu keçid mərhələsi artıq başa çatıb, danışıqlar həm iki ölkə liderləri səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində bərpa edilib... Dialoq mövcud gündəmə uyğun bəlli formatla keçirilir və bu, müəyyən nikbinlik yaradır", - o bildirib.

Nazir eyni zamanda qeyd edib ki, çox vaxt danışıqlar prosesi ilə paralel Ermənistan tərəfindən birmənalı olmayan və siyasi tənzimlənmənin bütün strukturuna kölgə salan bəyanatlar səsləndirilir: "Təəssüflər olsun ki, buna tez-tez rast gəlinir. Ona görə də belə vəziyyət həyacan yaradır. Ona görə də ötən ilin hadisələr baxımından çox sıx və təzadlı olduğunu söyləyə bilərəm. İndi isə danışıqlar prosesini inkişaf etdirmək üçün ilk növbədə, Ermənistan rəhbərliyinin siyasi iradə göstərməsi lazımdır".