Diaspor Könüllüləri Azərbaycanın xalq artisti Cahangir Novruzovla görüşüb
04 Noyabr, 15:34   |    Baxış sayı: 42

Diaspor Könüllüləri Azərbaycanın xalq artisti Cahangir Novruzovla görüşüb

Noyabrın 1-də Diasporla İş üzrə Dövlət Komitəsində Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr Bölümünün rəhbəri, Azərbaycanın xalq artisti Cahangir Novruzovla "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarının görüşü təşkil edilib.
Dövlət Komitəsinin əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə C.Novruzov proqram iştirakçılarını salamlayaraq gənclərə milli-mənəvi dəyərlərimizə sadiq olmalarını tövsiyə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanı öz sevgisilə və mədəniyyətilə dünyada tanıtdıqlarını bildirib. O, həmçinin Azərbaycan xalqının zəngin milli-əxlaqi dəyərlərə, yüksək mədəniyyətə malik olduğunu bildirərək qeyd edib ki, Azərbaycan qadınlarının xalqımızın adət-ənənələrinin, milli irsinin, mədəniyyətinin qorunub saxlanılmasında rolu danılmazdır. C.Novruzov Türkiyədə yaşadığı müddət ərzində ölkəmizin mədəniyyətinin və incəsənətinin təbliği istiqamətində gördüyü işlərdən də danışıb və Azərbaycanda yaşadığı dövrdə rol aldığı teatr tamaşalarında və kinolarda çəkilişlər zamanı yaddaqalan məqamlarla bağlı xatirələrini gənclərlə bölüşüb.
Daha sonra gənclərin sualları cavablandırılıb və görüş olduqca maraqlı anlarla yekunlaşıb.
Qeyd edək ki, Cahangir Novruzov Azərbaycan teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış Xalq artisti Nəsibə Zeynalovanın oğlu, "Qazaxıstanın Fəxri Mədəniy-yət Xadimi, Azərbaycanın Respublikasının Əməkdar incəsənət xadimi və xalq artistidir. O, Türk dünyasına verdiyi töhfələrə görə TÜRKSOY tərəfindən müxtəlif medallarla təltif edilib.