Azərbaycanlı alim qəzaya düşdü
16 İyul, 17:18   |    Baxış sayı: 109

Azərbaycanlı alim qəzaya düşdü

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
 
Diasporpress.az xəbər verir ki, Qazax istiqamətində gedən "Ford” markalı mikroavtobusun "Opel”ə çırpılması nəticəsində Bakı şəhər sakinləri – 1973-cü il təvəllüdlü Afaq Dadaşova, 1979-cu il təvəllüdlü Yüsif Alıyev, Tovuz rayon sakinləri – 1975-ci il təvəllüdlü Qələndər Niyazov və Səbinə Mayılova müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir. Daha bir yüngül xəsarət alan sərnişin, Səkinə Qurbanovaya isə hadisə yerində ambulator yardım göstərilib.

Qəza zamanı xəsarət alanlar mikroavtobusun sərnişinləridir, "Opel” markalı avtomobildə isə xəsarət alan olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən sərnişinlərdən – Alıyev Yusif İmrayıl oğlu ADPU-nun dosenti, fizika üzrə fəlsəfə doktorudur.

 
Diasporpress.az