“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib
23 Avqust, 11:12   |    Baxış sayı: 53

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

Avqustun 26-dan sentyabrın 15-dək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Diasporpress.az-a bildirilib ki, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.
 
Diasporpress.az