Ahmet Şafakın “KUŞATMA” filminin Bakıda təqdimatı olacaq - ÖZƏL
18 Oktyabr, 17:30   |    Baxış sayı: 65

Ahmet Şafakın “KUŞATMA” filminin Bakıda təqdimatı olacaq - ÖZƏL

Mahnıları və bəstələri ilə geniş izləyici kütləsi tərəfindən sevilən Türk dünyasının dəyərli sənətçisi Ahmet Şafak bu dəfə sevənlərinin qarşısına bədii filmlə çıxır.

Bu barədə İnterpress.Az-a Ahmet Şafak özü məlumat verib. Sənətçinin sözlərinə görə "Küsena Film” tərəfindən çəkilən filminin ssenarisi özünə məxsus olmaqla yanaşı həmçinin aktyor kimi də filmdə iştirak edir. O cümlədən tamaşaçıların yaxından tanıdığı Fulden Akyürek, Özcan Varaylı, Çağatay Akman, Aslı Atıl, Sefa Zengin, Mehmet Tokat, Can Beslen ve Eda Etike kimi, film və teatr sahəsində öz sözünü demiş aktyorlar filmdə yer alır.

"Bu bir dərin millət hekayəsidir..” şüarı ilə tamaşaçılara təqdim ediləcək filmin musiqiləri də Ahmet Şafak tərəfindən bəsətələnib. Filmin musiqi direktoru isə son vaxtlar işləri ilə böyük rəğbət qazanan Volkan Sönmezdir.

31 oktyabrda Bakıda Cinemaplus salonlarında nümayişinə başlanacaq Kuşatma 7 Uyuyanlar Filmi, Türkiyədə çevrilişə hazırlaşan cinayyətkar qrup "Nemesis”-ə qarşı vətənpər Türk komandiri Turanın mübarizəsindən bəs edir. Bundan yüz il əvvəl Osmanlı Sədrəzəmi (İndiki Baş Nazır) Talat Paşa, Osmanlı dövlət adamlarından Cemal Paşa, Azərbaycan Dövlətinin sədri Fətəli Xan Xoyskini və Daxili işlər naziri Cavanşiri səhid edən "Nemesis” Erməni teror təşkilatı günümüzdə yenidən canlandırılır və Türkiyəyə də çevriliş edən "Facon”-a qoşulur. Türk düşməni təşkilatların birləşdiyi bu çevrliş cəhdinin qarşısını Komandir Turan və dostları ala biləcəkmi?
Yedi Uyuyanlar kimdir?
Turan,”Falcon”un şərindən ölkəsini xilas edə biləcək mi?
Turanın qızı Aybüke hansı təhlükəylə üz-üzədir?
Jurnalisti Leyla, necə bir oyunun içindədir?
Terör təşkilatı "Nemesis”in məqsədi nədir?
Film çəkilişləri 2011’de Kerkükdə başlayıb və İstanbul,Adana,Mersin şəhərlərində də çəkilib.

Ahmet Şafakın


Möhtaç Olduğun Qüdrət Damarlarındakı Soylu Qanda Mövcüddür,deyənlərin filmi 31 Oktyabrdan etibarən Azərbaycanda tamaşaçısı ilə görüşəcək.